ABŞ İrana "səfər edir" - Nüvə aktivlərini ələ keçirmək planı açıqlandı

Dünya

05.05.2026 20:11

Tehranın zənginləşdirmə obyektlərinin dağıntılar altında qalmasına səbəb olan hava bombardmanlarından sonra Amerika qüvvələri nüvə aktivlərini təhlükəsizliyə almaq üçün İrana xüsusi missiya həyata keçirməlidir.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.

"İndi biz bir zərbə endirəcəyik, çünki nüvə silahını götürmək üçün İrana səfər etməliyik", – deyə o qeyd edib.

ABŞ Prezidenti Vaşinqtonun Tehranın nüvə imkanlarını faktiki olaraq sıradan çıxardığını iddia edib və əlavə edib ki, iranlıların həmin materiala çatması həftələrlə vaxt aparacaq. Onun sözlərinə görə, ABŞ ordusu daimi müşahidə apardığı üçün İrana bunu etməyə icazə verməyəcək.

Aysel Mətləb

TodayPress TV

tag: İran,Nüvə,ABŞ,Tramp,TodayPress TV,