ABŞ-dən Polşaya yaşıl işıq - "Patriot" istehsal olunacaq
Polşa "Patriot" HHM sistemləri üçün raket istehsalına dair ABŞ-dən ilkin razılıq alıb.
TodayPress TV xəbər verir ki, bu barədə "RMF24" radiosu Polşanın müdafiə nazirinin müavini Sezari Tomçika istinadən məlumat yayıb.
Onun sözlərinə görə, raketlər konsorsium çərçivəsində Polşanın müdafiə sənayesi müəssisələri tərəfindən istehsal olunacaq.
Qeyd edək ki, Polşa artıq iki "Patriot" batareyasından istifadə edir və daha altı batareyanın tədarükünü gözləyir.
Aysel Mətləb