ABŞ-də Tramp əleyhinə “No Kings” aksiyası
ABŞ prezidenti Donald Trampın siyasətinə qarşı çıxan vətəndaş cəmiyyəti qrupları 14 iyun tarixində – Vaşinqtonda hərbi parad keçiriləcəyi gün – ölkə üzrə kütləvi etiraz aksiyalarına başlayacaqlar. Aksiyalar “No Kings” (Krallara yox!) şüarı ilə keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə tədbirin rəsmi saytında yayımlanan bəyanatda bildirilib:
“No Kings" — bu, ölkə miqyasında itaətsizlik günüdür. Biz avtoritarizmi rədd etdiyimizi göstərmək və dünyaya əsl demokratiyanın necə göründüyünü göstərmək üçün hərəkətə keçirik”.
Məlumata görə, 200-dən çox vətəndaş fəal qrupu bu etirazlarda iştirak edəcək. Aksiyalar ABŞ-nin bütün ştatlarında 1500-dən artıq şəhərdə təşkil olunacaq.
Qiymət Mahir