ABŞ-də təyyarə qəzaya uğradı

ABŞ-də təyyarə qəzaya uğradı
18.12.2025 22:55 Dünya

ABŞ-nin Statesville hava limanında təyyarə qəzaya uğrayıb.

TodayPress TV xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Təyyarənin modeli, hansı şirkətə məxsus olması və hansı reyslə uçması ilə bağlı hələ ki, rəsmi məlumat yoxdur.

Məlumatda həmçinin hadisə nəticəsində ölənlərin olduğu, lakin sayla bağlı dəqiq məlumat olmadığı bildirilir.

Hava limanı, digər xidmətlərlə yanaşı, avtomobil yarışlarına da xidmət göstərir.

TodayPress TV


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər