ABŞ-də təyyarə qəzası baş verdi

ABŞ-də təyyarə qəzası baş verdi
11.08.2025 16:10 Dünya

ABŞ hava limanında sərnişin təyyarəsi digər təyyarə ilə toqquşub. 

TodayPress TV xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb. 

Bildirilib ki, avqustun 10-da, göyərtəsində 192 sərnişin və 6 ekipaj üzvü olan “Delta Air Lines” təyyarəsi Qvatemalaya gedərkən uçuş zamanı qanadı ilə boş təyyarəyə dəyib. 

Aviaşirkət hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib. Toqquşma reysin gecikməsi və sərnişinlərin başqa təyyarəyə köçürülməsi ilə nəticələnib. 

Aysel Mətləb

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər