ABŞ-də hökumətin bir hissəsi bağlandı

Dünya

31.01.2026 10:37

ABŞ-nin əksər dövlət qurumları maliyyələşdirmə ilə bağlı yaranmış fasilə səbəbindən 31 yanvar müvəqqəti olaraq bağlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "NBC news" məlumat yayıb.

Lakin bu vəziyyətin qısa müddətli olacağı gözlənilir.

Senat hökumətin maliyyələşdirilməsinə dair qanun layihəsini qəbul etsə də, Nümayəndələr Palatasının Vaşinqtonda olmaması həftəsonu qismən bağlanmaya səbəb olub. Qanun layihəsi ABŞ Prezidenti Donald Tramp və Senatdakı Demokrat liderlər arasında əldə edilən razılaşmanın nəticəsidir.

Məlumata görə, Nümayəndələr Palatasının spikeri Mayk Conson bu məsələ ilə bağlı səsvermə keçirməyi planlaşdırır. Donald Tramp qanunu tez bir zamanda imzalayacağını bildirib.

Müvəqqəti bağlanan qurumlar arasında Daxili Təhlükəsizlik, Müdafiə, Dövlət, Maliyyə, Nəqliyyat, Səhiyyə və Sosial Xidmətlər, eləcə də Mənzil və Şəhərsalma nazirlikləri var.

Qanun layihəsi qəbul edilərək imzalandıqdan sonra, Daxili İşlər Nazirliyi istisna olmaqla, hökumət sentyabr ayının sonuna qədər maliyyələşdiriləcək. Daxili İşlər Nazirliyi isə Demokratların tələbi ilə yalnız iki həftəlik maliyyələşmə alacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Maliyyə,Senat,Tramp,Todaypress.tv,