ABŞ-də etirazlar zamanı 170-dən çox şəxs saxlanıldı
ABŞ-də prezident Donald Trampın miqrasiya siyasətinə qarşı keçirilən etiraz aksiyaları nəticəsində hüquq-mühafizə orqanları ümumilikdə 170 nəfərdən çox şəxsi saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Axios" və "CNN" portalları məlumat yayıb.
"Axios" bildirib ki, saxlanılanlardan azı 20 nəfəri Nyu-Yorkda yerləşən "Trump Tower" qarşısındakı etiraz zamanı tutulub. "CNN" isə bildirib ki, San-Fransiskoda ən azı 150 nəfər polis tərəfindən saxlanılıb.
Qiymət Mahir