ABŞ Danimarkanın iddialarına cavab verdi

ABŞ Danimarkanın iddialarına cavab verdi
28.08.2025 13:10 Dünya

Danimarkanın ən azı 3 ABŞ vətəndaşının Qrenlandiyada təsir kampaniyası apardığı iddiaları fonunda ölkədəki ABŞ-nin müvəqqəti işlər vəkili Mark Stroh Xarici İşlər Nazirliyinə çağırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “CBS News” məlumat verib.

ABŞ Dövlət Departamentinin adını açıqlama istəməyən sözçüsü isə bildirib ki, Qrenlandiyadakı ABŞ vətəndaşlarının şəxsi fəaliyyətləri barədə şərh verməyəcəklər.

O əlavə edib ki, ABŞ NATO müttəfiqi kimi Danimarka ilə münasibətlərə böyük önəm verir. Onun sözlərinə görə, Stroh ilə Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen arasında “səmərəli görüş” keçirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər