ABŞ Avropanı rus ordusunun qucağına atır?

ABŞ Avropanı rus ordusunun qucağına atır?
13.06.2026 16:49 Dünya

ABŞ mümkün hərbi münaqişə zamanı Avropaya göstərdiyi hərbi dəstəyi əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun nəzərdən keçirdiyi plan çərçivəsində Avropadakı strateji bombardmançıların sayı 30 faiz, hərbi gəmilərin sayı 50 faiz azaldıla bilər.

Bundan əlavə, kəşfiyyat və zərbə məqsədli pilotsuz uçuş aparatlarının sayının 75-100 faiz arasında azaldılması ehtimalı da müzakirə olunur.

Bildirilir ki, bu ssenari fonunda Avropa ölkələri ABŞ-nin hərbi dəstəyi olmadan qitənin müdafiə imkanlarının necə təmin edilə biləcəyini müzakirə etməyə başlayıblar.

Mütəxəssislərin fikrincə, belə bir addım NATO daxilində qüvvələr balansına və Avropanın təhlükəsizlik strategiyasına ciddi təsir göstərə bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər