2025-ci ildə 128 jurnalist və media əməkdaşı həyatını itirib

2025-ci ildə 128 jurnalist və media əməkdaşı həyatını itirib
02.01.2026 11:20 Dünya

2025-ci il ərzində dünyada ümumilikdə 128 jurnalist və media əməkdaşı həyatını itirib, onların 10-u qadın olub. Ölüm hallarının 9-u bədbəxt hadisələr nəticəsində baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) məlumat yayıb.

Məlumata görə, Yaxın Şərq və ərəb dünyası 2025-ci ildə öldürülən jurnalistlərin sayına görə dəhşətli rekord müəyyən edib — bu regionda 74 jurnalist qətlə yetirilib.

Hesabata əsasən, Asiya–Sakit okean regionunda 15, Avropada 10, Afrikada 9, Amerika qitəsində isə 11 jurnalist və media əməkdaşı həlak olub.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər