16 mindən çox şəxs Ermənistan vətəndaşlığını qəbul etdi

16 mindən çox şəxs Ermənistan vətəndaşlığını qəbul etdi
05.09.2025 13:51 Dünya

Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) müavini Armen Kazaryan parlamentin Müdafiə və Təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclasında bildirib ki, 16 mindən çox Qarabağı könüllü tərk etmiş şəxs artıq Ermənistan vətəndaşı olub.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. 

Onun sözlərinə görə, yeni pasport alan valideynlərin ardınca 5 mindən çox azyaşlı da avtomatik şəkildə vətəndaşlıq qazanıb.

“Beləliklə, 16 mindən çox həmvətənimiz artıq Ermənistan Respublikasının vətəndaşlığına qəbul edilib”, - deyə Kazaryan qeyd edib.

Nazir müavini məlumatın 2 sentyabr tarixinə aid olduğunu açıqlayıb.

Töhfə Səməd

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər