Prezident Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayırdı

Prezident Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayırdı
04.06.2025 13:35 Daxili siyasət

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

TodayPress TV xəbər verir ki, Sərəncama əsasən Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər