Naxçıvanda icra başçılarını Azərbaycan Prezidenti təyin edəcək

Naxçıvanda icra başçılarını Azərbaycan Prezidenti təyin edəcək
20.06.2025 12:25 Daxili siyasət

Naxçıvanda yerli icra hakimiyyətləri başçılarını Ali Məclis sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti təyin edəcək.

TodayPress TV xəbər verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Layihədə Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilməsi nəzərdə tutulur.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər