Milli Məclisin növbəti plenar iclası başladı

Milli Məclisin növbəti plenar iclası başladı
21.06.2025 11:02 Daxili siyasət

Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti plenar iclası başlayıb.

TodayPress TV xəbər verir ki, toplantı Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.

İclasın gündəliyində “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiqi haqqında qanun layihəsi və “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsinin ilk oxunuşda müzakirəsi daxil olmaqla ümumilikdə 16 məsələ var.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər