İnsanın klonlaşdırılması üsulları patent obyekti kimi tanınmayacaq

Daxili siyasət

31.03.2026 13:07

Azərbaycanda insanın klonlaşdırılması üsulları patent obyektləri kimi qəbul edilməyəcək.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Patent haqqında" qanuna dəyişikliyi imzalayıb.

Sənədə əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilməyəcək.

TodayPress TV

tag: Prezident,İlham Əliyev,Qanun,Təsdiq,Todaypress.tv,