Əli Əsədov RSXM ilə bağlı qərar imzaladı
Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.
TodayPress TV xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar verib.
Qərara əsasən, “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın Azərbaycan Milli Elmlər Akademiyası üzrə hissəsinə Respublika Seysmoloji Xidmət Mərkəzi əlavə edilib.