Elektron hökumət portalına qoşulacaq informasiya sistemləri artırıldı
“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı genişləndirilib.
TodayPress TV xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, “Milli Məkan Məlumatları” informasiya sistemi də bu siyahıya əlavə edilib.