Dövlət Komissiyasının ştat və xidməti avtonəqliyyat vasitələrinin sayı artırıldı
“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat və xidməti avtonəqliyyat vasitələrinin sayı artırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Dövlət Komissiyasında 1 yox, 5 xidməti avtonəqliyyat vasitəsi fəaliyyət göstərəcək.
Həmçinin, qurumda 5 Baş məsləhətçi və 7 Böyük məsləhətçi çalışacaq.