Dövlət Komissiyasının İşçi qrupunun üzvlərinin sayı artırıldı

Dövlət Komissiyasının İşçi qrupunun üzvlərinin sayı artırıldı
11.06.2025 16:32 Daxili siyasət

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun üzvlərinin sayı artırılıb.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

İşçi qrupunun üzvlərinin sayı 8 nəfərdən 15 nəfərə qaldırılıb.

Qeyd edək ki, Komissiya tərəfindən qəbul edilmiş qərarları yerinə yetirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar tədbirlərin bilavasitə həyata keçirilməsini təmin etmək məqsədilə Komissiyanın İşçi qrupu daimi fəaliyyət göstərir.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər