Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür etdi
Daxili siyasət
09.01.2026 15:10
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar.
TodayPress TV xəbər verir ki, məktublarda deyilir ki, Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam Azərbaycan cəmiyyətində birlik, həmrəylik və sosial sabitliyin qorunması baxımından mühüm ictimai əhəmiyyət daşıyır.
Məktublarda dini sahəyə göstərilən davamlı diqqətə, maddi və mənəvi dəstəyə görə minnətdarlıq ifadə edilib, dövlətin dini mənsubiyyətindən asılı olmayaraq tarixi dini abidələrin qorunmasına göstərdiyi diqqət vurğulanıb.
Məktublarda mədəni-dini irsimizə göstərilən davamlı diqqət və qayğıya görə minnətdarıq ifadə edilib, dünyadaki islamofobiya, ksenefobiya, antisemitizm hallarının artdığı bir dövrdə Azərbaycanın nəinki öz torpağında, həmçinin ölkə xaricində müxtəlif dinlərə aid abidələri diqqətdə saxlamasını təqdirəlayiq hal olduğu bildirilib.
Qeyd edək ki, yanvarın 7-də Prezident İlham Əliyev “Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 400 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 400 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.
tag: Prezident,İlham Əliyev,Sərəncam,Təbrik,Todaypress.tv,
