2024-cü il dövlət büdcəsinin icrasına dair qanun təsdiqləndi

2024-cü il dövlət büdcəsinin icrasına dair qanun təsdiqləndi
11.07.2025 13:34 Daxili siyasət

Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası gəlirlər 37 161 838,6 min manat, xərclər 37 713 661,1 min manat məbləğində olmaqla təsdiq edilib. 

TodayPress TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanunda əksini tapıb. 

Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çox, proqnozdan isə 5,1 % azdır.

İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.



XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər