“Yolumuz Qarabağ”a portalında icazələrin verilməsi müvəqqəti dayandırıldı

“Yolumuz Qarabağ”a portalında icazələrin verilməsi müvəqqəti dayandırıldı
30.06.2025 13:55 Cəmiyyət

30 iyun-6 iyul tarixlərində işğaldan izad edilmiş ərazilərdə keçiriləcək dövlət tədbiri ilə əlaqədar “Yolumuz Qarabağ”a portalından 9 istiqamət üzrə (Suqovuşan, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Laçın) gedişlər ləğv olunub.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qeyd edilib ki, bu barədə vətəndaşlara əvvəlcədən SMS bildiriş göndərilib. Zəngilan və Cəbrayıl rayonlarına səfərlə bağlı isə heç bir məhdudiyyət tətbiq olunmayıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər