Xəzər rayonunda su təchizatı ilə bağlı görülən işlər açıqlandı

Xəzər rayonunda su təchizatı ilə bağlı görülən işlər açıqlandı
10.06.2025 12:17 Cəmiyyət

Xəzər rayon əhalisinin dayanıqlı və keyfiyyətli içməli su təchizatı və tullantı sularının axıdılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Xəzər rayon Sukanal İdarəsi işləri müntəzəm davam etdirir. İdarənin işçi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və şəbəkələrdə baş vermiş qəzalar qısa vaxt ərzində aradan qaldırılır. 

Bu barədə TodayPress TV-yə Xəzər Rayon Sukanal İdarəsinin Baş mühəndisi Emil Abbasov bildirib ki, “Xəzər Rayon Sukanal İdarəsi 62250 abonentə xidmət göstərir. Əhalini keyfiyyətli içməli su ilə təmin etmək üçün Sukanal İdarəsinin Qəza xidməti 24 saat xidmətdədir”.

Baş mühəndisin bildirdiyinə görə, Su təchizatının yaxşılaşdırılması üçün Mərdəkan qəsəbəsi Sahil küçəsində diametri 200 milimetr olan xəttin üzərinə siyirtmə quraşdırılır.

Paralel olaraq Şüvəlan qəsəbəsi Hacı Məmmədov küçəsini 110 millimetrlik xətdə baş vermiş qəzanın aradan qaldırılması, Yesenin küçəsində kanalizasiya xəttində tutulmanın aradan qaldırılması, Mərdəkan qəsəbəsi 28 May küçəsində su qəzasının aradan qaldırılması planlaşdırılıb.

Dövlət proqramına uyğun olaraq bir il ərzində Xəzər rayon Sukanal İdarəsi tərəfindən müxtəlif diametrli 17300 paqonometr su xətti çəkilib, 926 ədəd ev birləşməsi verilib, 1270 paqonometr müxtəlif diametrli istismara yararsız polad xətt dəyişdirilib.

Şüvəlan qəsəbəsi, Mayak bağ massivində 5900 paqonometr, Buzovna qəsəbəsində Zaqulba prospektinin kənarında isə 1700 paqonometr su xətti çəkilib. Rayonun içməli su təchizatı ilə bərabər kanalizasiya şəbəkəsi istiqamətində də bir sıra işlər həyata keçirilib.

Belə ki, idarə tərəfindən 2400 paqonometr müxtəlif diametrli kanalizasiya xətti çəkilib, 39 ədəd baxış quyusu, 1000 paqonometr qrunt və yağış suyu şəbəkəsi qurulub. Şüvəlan qəsəbəsi İlqar Muradov küçəsində 2100, Comərdli küçəsində 300 paqonometr müxtəlif diametrli kanalizasiya xətti çəkilib. Şağan qəsəbəsi, Yeni sahə adlanan ərazidə isə 1000 paqonometr müxtəlif diametrli qrunt və yağış suyu şəbəkəsi qurulub. 

Baş mühəndisi Emil Abbasov onu da qeyd etdi ki, Xəzər Rayon Sukanal İdarəsinin xidməti ərazilərində yağıntılardan sonra yaranan subasma hallarının aradan qaldırılması üçün bəzi tədbirlər görülüb.

Belə ki, Şağan qəsəbəsi Yeni sahədə 700 paqonometr 160 millimetrlik təzyiqli xətt çəkilib, 800 paqonometr müxtəlif diametrli özüaxımlı xətlər çəkilərək drenaj sistemi qurulub. Yığılan yağış suları nasos vasitəsi ilə kənarlaşdırılır.

Bundan əlavə Binə qəsəbəsi Babək küçəsində həyətlərə yığılan suların nəql edilməsi üçün 1100 paqonometr diametri 110 millimetr olan yağış su xətti də inşa edilib.

Qeyd edək ki, əhalinin su təchizatının yaxşılaşdırılması məqsədilə Xəzər rayon Su Kanal İdarəsinin xidməti ərazilərində bir sıra layihələrin icrası həyata keçirilir.

Belə ki, Binə qəsəbəsi Bolluq yaşayış massivində 6990 paqonometr müxtəlif diametrli su xətlərinin çəkilməsinə başlanılıb. Bundan başqa Şüvəlan qəsəbəsində istismara yararsız olan 1270 paqonometr müxtəlif diametrli polad su xətti yeni polietilen xətlə əvəz olunub.

XƏBƏR LENTİ
04 IYUN 2026
Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi Paşinyana 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Bütün Xəbərlər