Tacikistan Milli Minatəmizləmə Mərkəzi Göygöldə ANAMA əməkdaşlarına təlim keçdi

Tacikistan Milli Minatəmizləmə Mərkəzi Göygöldə ANAMA əməkdaşlarına təlim keçdi
18.08.2025 11:21 Cəmiyyət

Tacikistan Milli Minatəmizləmə Mərkəzi Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Mərkəzində ANAMA əməkdaşlarına mürəkkəb relyefli ərazilərdə minatəmizləmə əməliyyatları üzrə on iki gün nəzəri və praktiki təlimlər keçib

TodayPress TV xəbər verir ki, barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, təlimlər Agentlik ilə meşə və dağlıq ərazilərdə minatəmizləmə fəaliyyətində təcrübəyə malik Tacikistan Milli Minatəmizləmə Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq baş tutub.

Məlumata əsasən, təlimlərin məqsədi ANAMA əməkdaşlarının meşə və dağlıq ərazilərdə, o cümlədən mürəkkəb relyefli bölgələrdə minatəmizləmə əməliyyatları üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

FOTOLAR

Tacikistan Milli Minatəmizləmə Mərkəzi Göygöldə ANAMA əməkdaşlarına təlim keçdi — 1
Tacikistan Milli Minatəmizləmə Mərkəzi Göygöldə ANAMA əməkdaşlarına təlim keçdi — 2
Tacikistan Milli Minatəmizləmə Mərkəzi Göygöldə ANAMA əməkdaşlarına təlim keçdi — 3
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər