Sumqayıtda qaz təchizatında məhdudiyyət olacaq

Sumqayıtda qaz təchizatında məhdudiyyət olacaq
08.10.2025 20:10 Cəmiyyət

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən TodayPress TV-yə  verilən məlumata görə, Balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şossesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.

Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər