Sumqayıtda qaz olmayacaq

Sumqayıtda qaz olmayacaq
15.10.2025 10:53 Cəmiyyət

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə TodayPress TV-yə "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib ki, şəhərin Yaşıl Dərə yaşayış massivində, 39 nömrəli marşrut xəttinin yaxınlığında yerləşən 57 millimetrlik qaz xəttində sızma aşkar edilib.

Təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən, ərazidəki 1000 abonentin qaz təchizatı dayandırılacaq.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər