Siyəzən şəhərində yol nişanlanma işləri həyata keçirildi

Siyəzən şəhərində yol nişanlanma işləri həyata keçirildi
07.08.2025 12:25 Cəmiyyət

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Siyəzən şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılıb.

Bu barədə TodayPress TV-yə AYNA-dan məlumat verilib.

Şəhərdaxili küçə və prospektlərdə,  ümumilikdə 23,5 km məsafədə üfüqi nişanlama xətlərinin yenilənməsi həyata keçirilib. 

Bununla yanaşı, sözügedən ərazilərdə 15 nizamlanmayan piyada keçidi yenilənib və müvafiq yol nişanları quraşdırılıb.

FOTOLAR

Siyəzən şəhərində yol nişanlanma işləri həyata keçirildi — 1
Siyəzən şəhərində yol nişanlanma işləri həyata keçirildi — 2
Siyəzən şəhərində yol nişanlanma işləri həyata keçirildi — 3
Siyəzən şəhərində yol nişanlanma işləri həyata keçirildi — 4
XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər