Şahin Bağırov Siyəzəndə vətəndaşları qəbul edəcək

Şahin Bağırov Siyəzəndə vətəndaşları qəbul edəcək
21.07.2025 17:07 Cəmiyyət

İyulun 25-də saat 10:00-da Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Siyəzən rayon Heydər Əliyev Mərkəzində (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 90) Siyəzən, Şabran, Xaçmaz və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək.

TodayPress TV Komitəyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər