Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq
31.07.2025 20:40 Cəmiyyət

Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə TodayPress TV-yə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu ərazisindəki qaz kəməri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 1-də saat 10:00-dan etibarən "Yeni Zabrat" ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun II Zabrat qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər