"Qarabağ"-“Şkendiya” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik edildi

"Qarabağ"-“Şkendiya” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik edildi
11.08.2025 17:01 Cəmiyyət

Avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsidə baş tutacaq "Qarabağ"-“Şkendiya” oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə bu gün saat 12:00-dan avtobusların girişi məhdudlaşdırılıb.

Bu barədə TodayPress TV-yə AYNA-dan məlumat verilib.

Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.  

Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər