Ötən həftə bu ərazilər minalardan təmizləndi

Ötən həftə bu ərazilər minalardan təmizləndi
16.06.2026 11:38 Cəmiyyət

Azad olunan ərazilərdə iyunun 8-dən 15-dək 22 tank əleyhinə mina, 29 piyada əleyhinə mina, 497 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1668.8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər