Oktyabr ayı üzrə apteklərdə aparılan monitorinq nəticələri açıqlandı

Oktyabr ayı üzrə apteklərdə aparılan monitorinq nəticələri açıqlandı
04.11.2025 14:15 Cəmiyyət

Cari ilin oktyabr ayında ümumilikdə 77 aptekdə yoxlama aparılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, yoxlamaların 6-sı Bakı şəhərində, 71-i isə ölkənin rayonlarında keçirilib. Yoxlamalar nəticəsində satışdan 8 dərman vasitəsi kənarlaşdırılıb.

Aparılmış planlı və plandankənar yoxlamalar nəticəsində 77 müxtəlif nöqsanlar aşkar olunub, İnzibati Xətalar Məcəlləsinin altı maddəsi üzrə ümumilikdə 30 protokol tərtib edilib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər