Nöqsanlar aşkarlanan kafenin fəaliyyəti dayandırıldı

Nöqsanlar aşkarlanan kafenin fəaliyyəti dayandırıldı
14.08.2025 03:39 Cəmiyyət

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri 57-ci məhəllədə fəaliyyət göstərən “Faytonçu” kafesində ciddi nöqsanlar aşkar edilib.

TodayPress TV-nin məlumatına görə, kafedə gigiyenik qaydalara əməl edilmədiyi, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət edilmədiyi, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər