Naxçıvanın bəzi yerlərində su olmayacaq

Naxçıvanın bəzi yerlərində su olmayacaq
25.06.2025 09:45 Cəmiyyət

Bu gün Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.

TodayPress TV xəbər verir ki, Qaraçuq kəndi, Qaraxanbəyli kəndi, Bulqan kəndi və Azərbaycan məhəlləsinin bir hissəsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10:00-da həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsi dayandırılacaq.

İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər