Naxçıvanda su kəsiləcək

Naxçıvanda su kəsiləcək
26.07.2025 09:15 Cəmiyyət

Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq. 

TodayPress TV xəbər verir ki, şəhərin Azərbaycan məhəlləsinin bir hissəsini, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 9:00-dan suyun verilməsində fasilə yaranacaq. 

İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər