Naxçıvanda içməli su olmayacaq

Naxçıvanda içməli su olmayacaq
09.07.2025 09:33 Cəmiyyət

Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq.

TodayPress TV xəbər verir ki, buna səbəb şəhərin Əliqulu Qəmküsar, Babək və Əlincə məhəllələrini su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılmasıdır.

Odur ki, saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. İşlər bu gün yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

(Report)

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər