Mikromobillik vasitələrindən istifadə edənlərin sayı açıqlandı
Bu ilin iyun ayında Bakıda 435 270 nəfər mikromobillik vasitələrini seçib.
Bu barədə TodayPress TV-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata əsasən, bu göstərici apreldə 276 457, mayda isə 385 677 nəfər olub.