Metronun "Xalqlar dostluğu" stansiyasında qatarda texniki nasazlıq yarandı

Metronun "Xalqlar dostluğu" stansiyasında qatarda texniki nasazlıq yarandı
22.09.2025 17:36 Cəmiyyət

Bakı metrosunun "Xalqlar dostluğu" stansiyasında qatarlardan birində texniki nasazlıq yaranıb.

Bu barədə TodayPress TV-yə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb. Qatar operativ şəkildə "Nərimanov" elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb.

Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər