Mətbuat Şurasında “Sputnik Azərbaycan”la bağlı durum müzakirə edildi

Mətbuat Şurasında “Sputnik Azərbaycan”la bağlı durum müzakirə edildi
14.07.2025 16:27 Cəmiyyət

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib.

TodayPress TV xəbər verir ki, Mətbuat Şurasından verilən xəbərə görə, iclasda Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı xarici təşkilatlara, jurnalist və hüquq- müdafiə assosiasiyalarına məktubu, həmçinin, həmin məktuba cavab olaraq Şuranın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciət müzakirə olunub.

MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun sözügedən müraciətinin rus və ingilis dillərində olmaqla, dünyanın bir çox aparıcı qurumlarına və onların rəhbər şəxslərinə göndərildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Şuranın sənədində RJİ-nin “Sputnik Azərbaycan”la əlaqədar durumu söz azadlığının pozulması kimi təqdim etməsinin yolverilməzliyi əsaslandırılıb.

MŞ İdarə Heyətinin üzvü, Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli Rusiya mediasındakı anti-Azərbaycan meyillərin hər zaman özünü göstərdiyini deyib. Komissiya sədri 2022-ci ildə ölkəmizin media resurslarının Rusiya ərazisində yayımının bloklandığı da vurğulayıb: “Halbuki Azərbaycan müharibə şəraitində olduğu dönəmdə Rusiyanın kütləvi informasiya vasitələrinə münasibətdə analoji addım atılmamışdı. Baxmayaraq ki, ölkənin media orqanlarında Azərbaycanla əlaqədar yanlış, yolverilməz qərəzli təsəvvürlər formalaşdırılır, 44 günlük müharibə, az qala, işğalçılıq aktı qismində qiymətləndirilirdi”.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, “Sputnik Azərbaycan” 2022-ci ildə də ölkəmizlə bağlı təxribatçı mövqe tuturdu.

MŞ İdarə Heyətinin üzvü, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli diqqəti Rusiya mediasının təmsilçilərinin, xüsusən, “Telegram” platformasında anti-Azərbaycan fəaliyyət həyata keçirmələrinə çəkib və belə hallara münasibətdə zəruri tədbirlərin görülməsinin vacibliyini əsaslandırıb.

MŞ sədrinin müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Rusiyanın media cameəsində Azərbaycana qarşı qərəzli münasibətin hər zaman özünü göstərdiyindən söz açıb və Şuranın məlum müraciətinin beynəlxalq ictimai rəydə müsbət qarşılanacağına inandığını bildirib.

MŞ İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli çıxışında Şuranın müraciətinin kifayət qədər dolğun mahiyyət daşıdığını deyib. O bildirib ki, sənəd ölkəmizin media cameəsinin tutarlı mesajıdır. Q.Məhərrəmli, habelə, ölkəmiz barədə yanlış təsəvvürlərin qarşısını almaq məqsədi ilə Azərbaycan mediasında hazırlıqlı qrupların formalaşdırılmasının əhəmiyyətindən də söz açıb.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Rusiya mediası ilə ideoloji müharibənin bundan sonra da davamlı olacağı birmənalıdır.

MŞ İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva çıxışında media sahəsindəki anti-Azərbaycan yönümlü beynəlxalq təmayüllərə qarşı mübarizənin daha fundamental aparılması üçün bu sahə ilə bağlılığı olan ekspertlərin ideoloji fəaliyyətə cəlb edilməsinin zəruriliyi üzərində dayanıb.

Toplantıda Mətbuat Şurasının məlum müraciətinin Rusiyanın media cameəsi tərəfindən hiddətlə qarşılandığı da önə çəkilib və bildirilib ki, bu, Şuranın sənədinin RJİ-nin qərəz və yalan dolu məktubunu heçə endirməsindən qaynaqlanır. Hiddətlənənlərdən biri isə “Rossiya Segodnya”nın baş direktoru Dmitri Kiselyovdur. Kiselyovun MŞ-nin müraciətini əhəmiyyətsiz sənəd olaraq qələmə vermək cəhdi onu göstərir ki, Rusiyanın media cameəsində “Sputnik Azərbaycan”la bağlı digər manipulyasiyalar da ola bilər. Həm Mətbuat Şurası, həm də ölkəmizin media cameəsi bu sayaq mənfi təmayüllərə hazır olmalıdır.

İclasda “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıxın və böyük redaktor Yevgeni Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsinin olmadığı bir daha vurğulanıb. Mövcud xüsusda bildirilib ki, indiyədək “Sputnik”in peşə müstəvisindən uzaq hərəkətlərinə dair həm yerli, həm də beynəlxalq miqyasda bir sıra insidentlər qeydə alınıb.

İkincisi, ümumən Rusiyanın xaricdəki media özəklərinin Kremlin gündəliyinin təbliğinə yönəlmiş informasiya və təbliğat kampaniyaları aparmaları düşünülmüş strategiya halını alıb.

Üçüncüsü, Azərbaycanın hüquq-mühafizə orqanlarının işi qanunvericiliyə uyğundur. Hazırda İ.Kartavıx və Belousovla bağlı istintaq aparılır. RJİ-nin, eləcə də Rusiyanın media cameəsinin ayrı-ayrı təmsilçilərinin istintaqın nəticələrini gözləmədən adları çəkilən şəxslərin saxlanılmalarını söz azadlığı müstəvisinə daşımaları jurnalistika standartları ilə manipulyasiya və beynəlxalq ictimai rəyi yanlış məlumatlandırmaq cəhdidir. Bu cəhdlərin isə heç bir faydası olmayacaq.

Eyni zamanda, bu cəhdlər onu göstərir ki, Rusiyada jurnalistlər əsassız yerə saxlanıldıqlarından, həbslə üzləşdiklərindən ölkənin media industriyasının təmsilçiləri üçün Azərbaycandakı durumun gerçək əsaslarının mövcudluğunu düşünmək çox çətindir. Onların mühakimələri ölkələrində gördükləri xoşagəlməz mənzərələrdən qaynaqlanır. Yaxşı olar ki, həmin mənzərələrin oxşarını Azərbaycanda axtarmaq və tapmaq kimi mənasız işə vaxt ayırmaqdan uzaq durub əsl həqiqətlərin açıqlanmasını gözləsinlər.

MŞ İdarə Heyətinin iclasında o da vurğulanıb ki, Rusiyanın media cameəsindəki anti-Azərbaycan yönümlü fikir daşıyıcıları ədalət prinsiplərinə kölgə gətirə bilməyəcəklərinin fərqinə varmalıdırlar. Belələri, ilk növbədə, Rusiyada söz azadlığına, jurnalist hüquqlarına aşkar həqarət hallarına cəbhə açmalıdırlar. Bunu bacarmayıb, Azərbaycana qarşı beynəlxalq miqyasda mənfi rəy formalaşdırmaq istəmələri kənardan gülünc görünür. Şuranın müraciətinə həqarətli münasibətlə yanaşan D.Kiselyova gəlincə, o, gülünc durumun bənzərsiz və təkrarsız mənfi pesonajından başqa bir şey deyil.

XƏBƏR LENTİ
05 IYUN 2026
Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 Bütün Xəbərlər