Mətanət Cəbrayılova: "Metroda baş verə biləcək fövqəladə hallara hazırlıqlı olmalıyıq"

Mətanət Cəbrayılova: "Metroda baş verə biləcək fövqəladə hallara hazırlıqlı olmalıyıq"
08.08.2025 12:31 Cəmiyyət

“Hər birimiz metroda baş verə biləcək fövqəladə hallara hazırlıqlı olmalıyıq. Stansiya əməkdaşları olaraq biz mütəmadi olaraq ilkin yardım təlimlərindən keçirik. Bu da bugünkü hadisədə öz bəhrəsini verdi."

TodayPress TV xəbər verir ki, bunu "20 Yanvar" stansiyasının növbətçisi Mətanət Cəbrayılova deyib.

"Mən və komanda yoldaşlarım hadisə zamanı özümüzü itirmədik. Yardım göstərmək üçün nə etməli olduğumuzu bilirdik və təcili tibbi yardım gələnə qədər qadının yanında olduq. Metro ictimai nəqliyyat vasitəsidir – burada hər an, hər şey baş verə bilər. Əsas odur ki, hazırlıqlı olaq.” - deyə o qeyd edib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər