Məktəblilər arasında “snus” təhlükəsi - VİDEO

Cəmiyyət

17.12.2025 20:50

Məktəblilər arasında “snus” adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. Uşaqlar isə onun tərkibi və təsirləri barədə məlumatlı olmadan istifadə edir.

TodayPress TV xəbər verir ki, bu barədə “İTV”yə danışan şagirdlər bu məhsulu alıb məktəbdə çeynədiklərini bildirirlər.

“Bizim məhlədə satılır, almışam. Uşaqlar da bir neçə dəfə alıblar. Ağızda dağılır, pis dad verir. Hər marketdə satılmır. Köşk kimi yerlərdə olur”, - şagirdlər bildirib.

Mütəxəssislər isə qeyd ediblər ki, “snus” saqqız yox, ağızboşluğunda istifadə edilən nikotin tərkibli maddədir. Nəticədə ürəkbulanma, başgicəllənmə, halsızlıq və zəhərlənmə halları baş verə bilər. Bu məsələ isə təkcə məktəblərin deyil, valideynlərin və aidiyyəti qurumların da diqqət mərkəzində olmalıdır.

Daha ətraflı videomaterialda:


tag: Sinus,Məktəbli, Saqqız, Təhlükə, todaypress.tv,