Lənkəranda qaz olmayacaq

Lənkəranda qaz olmayacaq
11.06.2025 12:44 Cəmiyyət

Sabah Lənkəran rayonunun 12 kənd və 1 qəsəbəsində qaz təchizatı dayandırılacaq. 

Bu barədə TodayPress TV-yə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. 

Bildirilib ki, Lənkəran rayonunun Xarxatan qaz paylayıcı stansiyasında istismara yararsız olan iki qaz tənzimləyici qurğunun demontaj edilməsi və həmin hissəyə diametri 108 mm-lik borunun qaynaq edilməsi planlaşdırılır. 

Bu işlər iyunun 12-də saat 10:00-da başlayacaq və tamamlanana qədər davam edəcək.

İşlər aparıldığı müddətdə 9 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər