Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki Hava

Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki Hava
29.10.2025 20:30 Cəmiyyət

Oktyabrın 29-u saat 19:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 19, Goranboyda 27, Naftalanda 24, Tovuz, Gəncədə 20, Mingəçevirdə 19, Şəkim/s Bərdədə 18, Zəngilan və Kəlbəcərdə 17, Şəmkirdə 16 m/s-dək güclənir.

Zaqatala, Balakən, Gədəbəy, Xaçmaz, Qubada arabir yağış yağır.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər