Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi
18.07.2025 18:21 Cəmiyyət

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.

Bu barədə TodayPress TV-yə Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3 263.1 və 263.1-1-ci maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 29-na təyin edilmiş iclasında baxılacaq.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər