Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişdi

Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişdi
24.06.2025 15:12 Cəmiyyət

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 27 iyun tarixdə Şamaxı şəhərində nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişib.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 27 iyun 2025-ci il tarixdə Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan Şamaxı və Qobustan rayonları sakinlərinin qəbulunun tarixi dəyişib:

"Qəbul 30 iyun tarixdə Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 10.00-da başlayacaqdır. Qəbula gələn vətəndaşların qeydiyyatı 29 iyun 2025-ci il tarixdə Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 09.00-dan aparılacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər".

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər