İslam Rzayevin vəkili məlum oldu

İslam Rzayevin vəkili məlum oldu
31.10.2025 10:23 Cəmiyyət

Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakənin icra başçısı İslam Rzayevin vəkili bəlli olub.

TodayPress TV xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İslam Rzayevi tanınmış vəkil Elvin Əliyev müdafiə edəcək.

İ.Rzayev korrupsiya cinayətlərində şübhəli bilinərək tutulub. Daha sonra Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib. O, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra məhkəməyə çıxarılacaq.

Qeyd edək ki, Elvin Əliyev daha çox meyxanaçı Rəşad Dağlının vəkili kimi tanınır.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər