İl ərzində 700 minə yaxın smartfon idxal edilib

İl ərzində 700 minə yaxın smartfon idxal edilib
15.09.2025 10:48 Cəmiyyət

2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana 217 milyon 546.4 min ABŞ dolları dəyərində 675 min 164 ədəd smartfon idxal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici dəyər baxımından 1.7% və ya 5.1 milyon ABŞ dolları artıb, say baxımından isə 12.4% və ya 95.4 min azalıb.

Belə ki, 2024-cü ilin ilk 7 ayı ərzində ölkəyə 212 milyon 431.9 min dollar dəyərində 770 min 523 ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artaraq 548 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 468.7 manat idi.

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən ( 538 min 877 ədəd), Vyetnamdan (128 min 101 ədəd), Hindistandan (7839 ədəd) və Koreyadan ( 230 ədəd ) gətirilib. Bu məhsul Çindən 523 manata, Vyetnamdan 627.3 manata, Hindistandan 933.6 manata, Koreyadan isə 204 manata idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 166.4 min ABŞ dolları dəyərində 898 ədəd smartfon ixrac edilib. Gürcüstana (491 ədəd) və Çexiya (407 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 315 manat təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
"İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər 19:42 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 Bütün Xəbərlər