Hərbi Prokurorluqda yeni təyinatlar oldu

Hərbi Prokurorluqda yeni təyinatlar oldu
16.10.2025 13:12 Cəmiyyət

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

TodayPress TV xəbər verir ki, hərbi prokuror, ədliyyə general-mayoru Bəhruz Əhmədov əmri ilə ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.

Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin olunub. İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə, Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər