“Həkimlərin bölgələrdə işləmələri üçün əlavə maaş vermək lazımdır” – Millət vəkilindən təklif

“Həkimlərin bölgələrdə işləmələri üçün əlavə maaş vermək lazımdır” – Millət vəkilindən təklif
07.07.2025 18:48 Cəmiyyət

“Hazırda səhiyyə sistemində ən böyük problemlərdən biri də bölgələrdə həkim çatışmazlığıdır”.

Milli Məclisin deputatı Razi Nurullayev bu fikirləri TodayPress TV-də yayımlanan “Reaksiya” rubrikasında bildirib.

“Təkcə mənim təmsil etdiyim İmişlidə xəstəxanalarda 69 vacib vakansiya boş qalıb. Hər bir rayon öz həkimini yetişdirməlidir. Hamı Bakıda işləmək istəyir. Onları rayonda saxlamaq üçün ya onlara yüksək əməkhaqqı vermək, ya da rayonlarda yaşamaları üçün əlavə maaş ayırmaq lazımdır”.

Türkan İsgəndərli



XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər