Günəşdə güclü partlayışlar başladı

Günəşdə güclü partlayışlar başladı
02.11.2025 14:05 Cəmiyyət

Günəşdə iki həftəlik fasilədən sonra güclü partlayışlar yenidən başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası "Telegram" kanalında məlumat verib.

Məlumata görə, Bakı vaxtı ilə saat 05:00-də ulduzun şərq kənarında M1.0 gücündə partlayış baş verib

Bu hadisə 3-9 noyabr həftəsində pik həddə çatacaq uzunmüddətli günəş aktivliyinin artmasının xəbərçisidir. Ulduzun sol kənarında Yerə doğru iki güclü aktivlik mərkəzinin meydana çıxdığı müşahidə olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər